Su rezervuardan götürüldükdə nasoslar elə qoyulmalıdır ki, su onların gövdəsinə öz axımı ilə dolsun.
Heftelik.az-ın məlumatına görə, bu, “Binaların daxili su təchizatı və kanalizasiyası. Layihələndirmə normaları”nda əksini tapıb.
Nasoslar rezervuardakı su səviyyəsindən hündürdə qoyulduqda onların gövdələrinin su ilə doldurulması üçün qurğular və ya suyu özü soran nasoslar nəzərdə tutulmalıdır. Su nasoslarla rezervuarlardan götürüldükdə onların sorma borularının sayı ikidən az olmamalıdır. Boruların hər biri yanğın əleyhinə sərf də daxil olmaqla hesablama sərfə hesablanmalıdır.
Nasoslar ehtiyat aqreqatlarsız qoyulduqda bir sorma borusunun layihələndirilməsinə yol verilir.
