Sumqayıtda bazar yandı – FOTO

02 Fevral 2024, 08:32

Sumqayıtda yanğın baş verib.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə “Əşya bazarı” kimi adlanan ərazidə qeydə alınıb.

Şəhər sakini, 1990-cı il təvəllüdlü Hacıyev Mübariz Sedulla oğluna məxsus ümumi sahəsi 300 kvadratmetr olan meyvə-tərəvəz mağazasının 250 kvadratmetri yanıb.

Daha sonra yanğın mağazanın qarşısında park halında olan “Mercedes” markalı yük avtomobilinə keçib.

Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub, yanğın söndürülüb.

Yanğının səbəbi araşdırılır.