Azərbaycanda fevralın 7-də keçirilən növbədənkənar prezident seçkilərində namizədlərin topladığı yekun səslər açıqlanıb.

Heftelik.az-ın məlumatına görə,  bu, Mərkəzi Seçki Komissiyasının prezident seçkilərinə dair protokolunda öz əksini tapıb.

İlham Əliyev 92,12% (4 567 458 səs) səslə seçkilərin qalibi olub.

Digər namizədlərin topladığı səslər aşağıdakı kimidir:

– Zahid Oruc – 2,17 faiz (107 632 səs);

– Fazil Mustafa – 1,99 faiz (98 421 səs);

– Qüdrət Həsənquliyev – 1,72 faiz (85 411 səs);

– Razi Nurullayev – 0,80 faiz (39 643 səs);

– Elşad Musayev – 0,66 faiz (32 885 səs);

– Fuad Əliyev -0,54 faiz (26 517 səs).