Quba-Xaçmaz yolunun Quba rayonunun Barlı kəndi ərazisindən keçən hissəsində yol nəqliyyat hadisəsi baş verib.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə,  “Lada Priora” markalı minik avtomobili yoldan çıxaraq ağaca çırpılıb.

Qəza nəticəsində avtomobildə olan 5 nəfərdən 2-si –  Arif İmamquluyev və Elmar Məmmədov ölüb, digər 3 nəfər   Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Xəstəxanaya yerləşdirilən sürücü Fərhad İbrahimov və sərnişinlər – Mustafa Əkbərov, Akif Qurbanovun vəziyyəti  orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.