Quba-Xaçmaz yolunun Quba rayonunun Barlı kəndi ərazisindən keçən hissəsində yol nəqliyyat hadisəsi baş verib.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, “Lada Priora” markalı minik avtomobili yoldan çıxaraq ağaca çırpılıb.
Qəza nəticəsində avtomobildə olan 5 nəfərdən 2-si – Arif İmamquluyev və Elmar Məmmədov ölüb, digər 3 nəfər Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Xəstəxanaya yerləşdirilən sürücü Fərhad İbrahimov və sərnişinlər – Mustafa Əkbərov, Akif Qurbanovun vəziyyəti orta-ağırdır.
Faktla bağlı araşdırma aparılır.