Mühasibat uçotu subyekti tərəfindən pul vəsaitlərinin və onların ekvivalentlərinin inventarizasiyası zamanı nələrin mövcudluğunun yoxlanılmalı olduğu açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, “Aktivlərin və öhdəliklərin inventarizasiyası Qaydaları”nda əksini tapıb.
Mühasibat uçotu subyekti tərəfindən pul vəsaitlərinin və onların ekvivalentlərinin inventarizasiyası zamanı aşağıdakıların mövcudluğu yoxlanılmalıdır:
– kassada olan pul vəsaitləri;
– yolda olan pul vəsaitləri;
– bank hesablaşma hesabları;
– tələblə əsasən verilən digər bank hesablaşma hesabları;
– pul vəsaitlərinin ekvivalentləri.