Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili və Xalq şairi Sabir Rüstəmxanlının qızı boşanıb.

Heftelik.az-ın “Qafqazinfo”-ya istinadən verdiyi məlumata görə, millət vəkilinin qızı Aydan Cəfərova-Rüstəmxanlı müğənni Elçin Cəfərovla aralarında olan rəsmi nikahın pozulması məqsədilə Yasamal Rayon Məhkəməsinə müraciət edib.

A.Rüstəmxanlı 2017-ci il təvəllüdlü oğlunun onda qalmasını və qarşı tərəfin aylıq aliment ödəməsini tələb edib. O məhkəmədə bildirib ki, ailədə münasibətlər davam edə bilməyəcək formada sarsılıb və bir-birilərinə inam-etibarları qalmayıb.

Hakim Ayaz Məmmədovun sədrliyi ilə keçirilən bir neçə məhkəmə prosesindən sonra fevralın 14-də qərar qəbul edilib.

Məhkəmənin qərarı ilə Aydan Cəfərova-Rüstəmxanlı ilə Elçin Cəfərov arasında 2016-cı ildə bağlanmış rəsmi nikah ləğv edilib. Qadının tələbləri qəbul edilib.