18 fevral tarixində Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu tərəfindən bu saata qədər 3 zəlzələ qeydə alınıb.

Heftelik.az-ın məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin ( RSXM) Elektron xidmətlər şöbəsinin müdiri Vüsalə Rafiqqızı bildirib.

Vüsalə Rafiqqızı deyib ki, ilk zəlzələ yerli vaxtla saat 12.30-da Xəzər dənizində qeydə alınıb. Zəlzələnin maqnitudası 3,4, zəlzələ ocağının dərinliyi 11 km-dir.  İkinci zəlzələ yerli vaxtla saat 16.46-da Lənkəran stansiyasından 80 km şimal-şərqdə Xəzər dənizində qeydə alınıb.  Zəlzələnin maqnitudası 3.1, zəlzələ ocağının dərinliyi 65 rm-dir. Üçüncü zəlzələ yerli vaxtla 18.49 Xəzərin cənub hissəsində qeydə alınıb. Maqnitudası 3.5, zəlzələ ocağının dərinliyi 18 km-dir.: “Bunların hər üçü zəif zəlzələlərdir. Beynəlxalq seysmoloji təşkilatlarla seysmoloji mərkəzlər arasında olan ümumi razılaşmaya əsasən, maqnitudası 3 və 3-dən yuxarı olan zəlzələlər haqqında ictimaiyyət müntəzəm olaraq məlumatlandırılır. Biz də bu gün maqnitudası  3.1, .3.4 və 3.5 olan zəlzələlərlə bağlı ictimaiyyətimizi həm rəsmi saytımhımız, həm də sosial şəbəkə hesablarımız vasitəsilə məlumatlandırmışıq. Bir daha da qeyd etmək istəyirəm ki, belə xırda zəlzələlərin baş verməsi zəlzələ ocaqlarında enerji boşalması baxımından əhəmiyyətlidir. Ona görə də hər üç zəlzələ ilə bağlı hər hansı narahatlığa əsas yoxdur ”.