Xəzərdə zəlzələ dayanmır

18 Fevral 2024, 19:04

Bu gün sutka ərzində Xəzər dənizində 3 dəfə zəlzələ olub.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Heftelik.az-a verilən məlumata görə, ilk olaraq yerli vaxtla saat 12.30-da Xəzər dənizində 3,4 maqnitudalı zəlzələ olub.

Saat 16:46-da Xəzər dənizində 3.1 maqnitudalı, saat   18:49-da isı 3.5 maqnitudalı zəlzələ qeydə alınıb.