İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarı ilə əlaqədar olaraq Ali Məhkəmənin Plenumu əlavə kassasiya qaydasında çıxarılmış qərarın ləğv edilməsi və kassasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə qərar qəbul edə bilər.

Hüquqşünas Yaşar Ağazadə Heftelik.az-a bildirib ki, bu, Mülki-Prosessual Məcəllədə əksini tapıb.

O cümlədən əlavə kassasiya qaydasında çıxarılmış qərara və ya kassasiya instansiyası məhkəməsinin qərarına dəyişiklik edilməsi, iş üzrə qəbul edilmiş məhkəmə aktlarının ləğv edilməsi və işin icraatına xitam verilməsi və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarındakı müddəaların nəzərə alınması və (və ya) icrası barədə qərarlar qəbul edilə bilər.