Qarabağda işğalın başa çatması üçün bölgəmizdə daimi sülh üçün tarixi fürsət pəncərəsi açıldı.
Heftelik.az-ın məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuat konfransı zamanı bildirib.
Ərdoğan qeyd edib ki, bu fürsət pəncərəsinin qapanmaması lazımdır: “Ermənistanın uzun vədəli düşünərək strateji perspektvlə bu prosesi dəyərləndirməsi gərəkdiyinə inanır. çüncü tərəfləri də prosesi zəhərləmək yerinə konstruktiv dəstək verməyə dəvət edirik. Bu baxımdan iki ölkə sərhədində baş verən olayların təkrarlanmayacağına inanır, yaralanan Azərbaycan Ordusunun əsgərinə də şəfa diləyirəm”.