Türk Dövlətləri Təşkilatının növbədənkənar zirvə görüşü Şuşada iyul ayında keçiriləcək.

Heftelik.az-ın məlumatına görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuat konfransı zamanı bildirib.

O qeyd edib ki, bu hadisədən məmnuniyyət hissi duyur. Ərdoğan onu da əlavə edib ki, Türkiyə Şuşa bəyannaməsinin ruhuna əsasən Azərbaycanla yoluna davam edəcək.

Prezident İlham Əliyev isə qeyd edib ki, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti də müşahidəçi qismində bu görüşə dəvət olunub.