Ədliyyə Nazirliyinin Strateji planlaşdırma və monitorinq baş idarəsinin vəzifələri sırasına statistik və digər informasiyaların analitik və müqayisəli təhlili əsasında nazirliyin fəaliyyətini proqnozlaşdırmaq, problemləri müəyyən etmək, habelə onların həlli ilə bağlı əsaslandırılmış təkliflər vermək və nazirliyin sisteminə daxil olan qurumların işini əlaqələndirmək daxildir.

Heftelik.az-ın məlumatına görə, bu,  “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Strateji planlaşdırma və monitorinq baş idarəsi haqqında Əsasnamə”də əksini tapıb.

Regional ədliyyə idarələrin işinin təşkili məsələlərini həll etmək, onların fəaliyyətini əlaqələndirmək və təhlil etmək, qanunvericiliklə müəyyən edilmiş vəzifə və funksiyalarının yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsini təmin etmək, habelə bu qurumlara əməli və metodiki köməklik göstərmək və nazirliyin kollegiyasının işini və digər müşavirələrin keçirilməsini təşkil etmək də bu vəzifələr sırasındadır.