Hissələr arasında deformasiya tikişləri bina və qurğuların qonşu hissələrini dam və bünövrələr daxil olmaqla, əsasın deformasiyası zamanı hissənin sərbəst əyilməsi və ya dönməsini təmin etməklə bütün hündürlük boyu bölməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “İşlənmiş ərazilərdə və batan qruntlarda bina və qurğular. Layihələndirmə normaları”nda əksini tapıb.

Deformasiya tikişinin eni hissənin hündürlüyü və uzunluğundan, həmçinin qrunt şəraitinin xüsusiyyətlərindən asılı olaraq hesablanmalıdır.

Qrunt şəraiti I növ batan qruntlarda deformasiya tikişləri yanında yükdaşıyan divarlar və sütunlara düşən yüklərin fərqi 1,2 dəfədən çox deyilsə, onlar altında bünövrələrin kəsilmədən bütöv yerinə yetirilməsinə yol verilir.