Əsaslı tikinti şöbəsinin rəisi öz idarəsi üçün inşa edilən obyektlərin material-texniki təminatını təşkil edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Tikinti, quraşdırma və təmir-tikinti bölməsinə daxil olan qulluqçu vəzifələrin əlifba sırası ilə adları və dərəcələr diapazonu; “qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nda əksini tapıb.
Eyni zamanda əsaslı tikinti şöbəsinin rəisi obyektlərin tikintisinə texniki nəzarət, layihələrin müəllifləri və nəzarət edən təşkilatların nümayəndələri tərəfindən iş jurnalında qeyd olunan bütün göstəriş və tövsiyyələrin vaxtlı-vaxtında yerinə yetirilməsinə nəzarət edir. Öz idarəsi üçün tikilən obyektləri maliyyələşdirilmək məqsədi ilə lazımi sənədləri hazırlayır və müvafiq təşkilatlara təqdim edir.Yerinə yetirilmiş tikinti-quraşdırma işlərini podratçı təşkilatlardan qəbul edir və müvafiq sənədləri tərtib edir.Plan-iqtisadiyyat şöbəsi və mühasibatlıqla birlikdə öz idarəsi üçün tikilən obyektlər üzrə operativ statistik hesabatı hazırlayır. Səmərələşdirici təkliflərin tətbiq olunmasına yardım göstərir.