Nümayəndə təyin etmə HÜQUQU

22 Fevral 2024, 11:30

Tərəfin Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayış yeri, olduğu yeri, yaxud ofisi vardırsa və onun Azərbaycan Respublikasında yaşayan nümayəndəsi yoxdursa, o, Azərbaycan Respublikasında səlahiyyətli nümayəndə təyin edə bilər.

Hüquqşünas Yaşar Ağazadə Heftelik.az-a bildirib ki, bu, Mülki-Prosessual Məcəllədə əksini tapıb.

Məhkəmə göstərilən tərəfə təyin olunmuş vaxtda məhkəmə baxışında onun və ya səlahiyyətli nümayəndəsinin iştirakı barədə hüquqlarını sifarişli məktubla izah edir.  Əgər tərəf bu vaxt ərzində səlahiyyətli nümayəndə təyin etməmişsə, onda sifarişli məktubun poçta verildiyi gündən 1 ay müddətində onun çatdırılması barədə bildiriş təqdim edilməsə də məktub çatdırılmış hesab olunur.