Ərdoğan Xocalıdan danışdı

24 Fevral 2024, 19:38

“Azərbaycan torpaqları və bir parçası olan Qarabağ illərlə işğal atında qaldı, Xocalı başda olmaqla bir çox qətliam törədildi. Lakin Qərb dövlətləri və təşkilatları səsini çıxarmadı, hərəkətə keçmədi”.

Heftelik.az-ın məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Sakaryada mitinq zamanı bildirib.

Türkiyə Prezidenti qeyd edib ki, bölgə ölkələrinin gücü onların birliyindən irəli gələ bilər. Ərdoğan, həmçinin BMT Təhlükəsizlik Şurasının heç bir təsir edici gücə malik olmadığını da vurğulayıb.