Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hiadeftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə köhnə Ələt-Astara magistralının 214-cü kilometrliyində qeydə alınıb.

Hərəkətdə olan “VAZ-2107” markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı iri gövdəli ağaca çırpılıb.

qəzada Lənkəran rayonunun Mamusta kənd sakini, 1998-ci il təvəllüdlü Azər Arzuman oğlu Babayev hadisə yerində ölüb.

Lənkəran rayonunun Xanbulan kənd sakini, 1998-ci il təvəllüdlü Ülvi Elşad oğlu Əzizli və həmkəndlisi 2003-cü il təvəllüdlü Riad Mehman oğlu Qurbanov müxtəlif dərəcəli xəsarətlər alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Ü.Əzizlinin vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.