Batmaya görə II növ qrunt şəraitlərində tikinti üçün layihələndirilən bina və qurğulara dair tələb məlum olub.
Heftelik.az-ın məlumatına görə, bu, “İşlənmiş ərazilərdə və batan qruntlarda bina və qurğular. Layihələndirmə normaları”nda əksini tapıb.
Batmaya görə II növ qrunt şəraitlərində tikinti üçün layihələndirilən bina və qurğular batma çuxurunun bina və qurğulara nisbətdə ən əlverişsiz aşağıdakı yerləşmələrinə hesablanmalıdır:
- a) batma çuxurunun orta hissəsində çöküklük əyrisi və nisbi üfüqi sıxılma deformasiyaları ilə və çuxurun kənarından qabarıqlıq əyrisi və müsbət nisbi üfüqi dartılma deformasiyaları ilə olduqda bina və ya qurğuların altında;
- b) çöküklük əyrisi və mənfi nisbi üfüqi sıxılma deformasiyaları ilə olduqda bina və ya qurğuların altında;
- c) qabarıqlıq əyrisi və müsbət nisbi üfüqi dartılma deformasiyaları ilə bina və ya qurğuların yanı altında.
Qeyd. Qruntun öz çəkisindən batması sm olduqda III məsuliyyət səviyyəli bina və qurğuların hesablanmalarında yer səthinin üfüqi deformasiyalarının nəzərə alınmamasına yol verilir.