Batmaya görə II növ batan qruntlarda texnoloji avadanlıqlar altında bünövrələrin yerləşməsi onların istismar tələblərlə təyin edilmiş qiymətdə şaquli və üfüqi istiqamətlərdə düzəldilməsi mümkünlüyü və zəruriliyi, həmçinin qəbul edilən tədbirlər, əsas qruntunun mümkün deformasiyaları nəzərə alınaraq layihələndirilməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “İşlənmiş ərazilərdə və batan qruntlarda bina və qurğular. Layihələndirmə normaları”nda əksini tapıb.

Batmaya görə II növ qrunt şəraitlərində tikilən bina və qurğuların layihələrində geotexnik monitorinqin yerinə yetirilməsi üzrə göstərişlər olmalıdır.