
Polis əməkdaşlarının xidməti vəzifələrinin icrası zamanı müəyyən nəqliyyat növlərindən pulsuz istifadə etmək hüququ var. Heftelik.az-ın məlumatına görə, bu, “Polis haqqında” qanunda əksini tapıb. Qanuna əsasən, əməkdaşlar Azərbaycan ərazisində sərnişin nəqliyyatının bütün növlərindən, taksi və şəhərlərarası nəqliyyat istisna olmaqla, pulsuz istifadə edə bilərlər. Bu hüquq xidməti vəzifələrin icrası ilə əlaqələndirilib. Xidməti ezamiyyətə göndərilən polis əməkdaşları isə nəqliyyatın bütün növlərinə növbədənkənar qaydada bilet və mehmanxanada yer almaq hüququna malikdirlər. Bu təminatlar əməkdaşların xidməti tapşırıqları yerinə yetirməsi üçün nəqliyyat və yerləşmə imkanlarının təmin olunmasına xidmət edir.
