
Polis əməkdaşının xidmətdən xaric edilməsi qanunda göstərilən əsaslar üzrə həyata keçirilə bilər. Heftelik.az-ın məlumatına görə, bu, “Polis haqqında” qanunda əksini tapıb. Əməkdaşın öz ərizəsi ilə xidmətdən çıxmaq istəməsi və ya and içməkdən imtina etməsi belə əsaslar sırasındadır. Cinayət törətməyə görə qanuni qüvvəyə minmiş ittiham hökmünün olması, xidmətlə bir araya sığmayan fəaliyyət və polis əməkdaşının adına ləkə gətirən hərəkətlər də xidmətdən xaric edilməyə səbəb ola bilər. Xidmətdə olmanın son yaş həddinə çatmaq, səhhətə görə vəzifəni yerinə yetirməyin mümkün olmaması və xidmətə tam yararsızlıq barədə rəyin verilməsi də qanunda nəzərdə tutulan hallardandır. Ştatların ixtisarı və digər hüquq-mühafizə orqanlarında işə keçid də xidmətdən xaric edilmə üçün əsas ola bilər.
