Bəzi hallarda əşya yeni sahibə fiziki olaraq təhvil verilmədən də sahiblik hüququnun ötürülməsi mümkündür. Heftelik.az-ın məlumatına görə, bu, Mülki Məcəllədə əksini tapıb. Əgər üçüncü şəxs və ya əşyanı özgəninkiləşdirən şəxs xüsusi hüquq münasibətləri əsasında əşyanı saxlamaqda davam edirsə, sahiblik əşya verilmədən əldə edilə bilər. Lakin üçüncü şəxs üçün belə ötürülmə yalnız özgəninkiləşdirən bu barədə ona bildiriş verdikdə etibarlı olur. Üçüncü şəxs əşyanı əvvəlki sahibə qaytarmaqdan imtina etmək üçün əsas gətirə bildiyi hallarda onu yeni sahibə verməkdən də imtina edə bilər. Bu qaydalar əşyanın faktiki saxlanılması ilə sahiblik hüququnun ötürülməsi arasındakı münasibətləri tənzimləyir.

