II növ qrunt şəraitlərində kompleks tədbirlər tətbiq etməklə yükdaşıyan divarlarla, o cümlədən daxili karkas və ya monolit dəmir-betondan karkas ilə yaxud, sərt sxem üzrə layihələndirilən bünövrə-yeraltı (zirzəmi) hissəsi karkas olan, məsələn, dəmir- beton bünövrə tavası, monolit dəmir-beton divarlarla və zirzəmi (yeraltı) hissə üzərində mərtəbəarası örtüklə kəsişən lentşəkilli bünövrələr şəklində olmaqla sərt və ya kombinə olunmuş konstruktiv sxemlər üzrə bina və qurğuların layihələndirilməsi nəzərdə tutulmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “İşlənmiş ərazilərdə və batan qruntlarda bina və qurğular. Layihələndirmə normaları”nda əksini tapıb.

II növ qrunt şəraitlərində kompleks tədbirlər tətbiq etmək əsasında təsirə tabeli konstruktiv sxemlər üzrə layihələndirmə ancaq müvafiq əsaslandırmalar olduqda, bina və qurğular III məsuliyyət səviyyəsinə aid və ya öz çəkisindən qruntların mümkün batması  sm, həmçinin altda yerləşən qruntların mümkün əlavə çökməsi  sm olduqda II məsuliyyət səviyyəsinə aid edilən hallarda yol verilir.