Əsasın deformasiyası mümkün olan hallarda bina və qurğular sərt konstruktiv sxem üzrə layihələndirildikdə nələr edilməli olduğu açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, “İşlənmiş ərazilərdə və batan qruntlarda bina və qurğular. Layihələndirmə normaları”nda əksini tapıb.
Əsasın deformasiyası mümkün olan hallarda bina və qurğular sərt konstruktiv sxem üzrə layihələndirildikdə yükdaşıyan konstruksiyaların ayrı-ayrı elementlərinin qarşılıqlı yerdəyişməsi, onlarda həmçinin xarici divar və digər konstruksiyalarda çatların yaranması mümkünlüyü aşağıdakıların hesabına istisna edilməlidir:
– bina və qurğuların deformasiya tikişlərilə ayrı-ayrı hissələrə bölünməsi;
– yükdaşıyan konstruksiyalarının ayrı-ayrı elementlərinin və onlar arasında rabitələrin gücləndirilməsi
– mərtəbələr üzrə divarlarda dəmir-beton kəmərlərin verilməsi;
– mərtəbəarası və dam örtük səviyyəsində dəmir-beton elementlərdən mərtəbəarası üfüqi sərtlik disklərinin qurulması;
– bina və qurğuların bünövrələrinin bütöv tava, kəsişən lent-tir, tir-divar və s. şəklində qurulması.