Almaniyada “Bayer 04” və “Qarabağ” komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyunu başlayıb.

Heftelik.az-ın  məlumatına görə, Leverkuzen şəhərindəki “BayArena”dakı qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da start götürüb.

Görüşü ingiltərəli FIFA referisi Entoni Teylor idarə edir.

Oyunun 58-ci dəqiqəsində Azərbaycan çempionu meydan sahiblərini məyus edib. Abdullah Zubir fərqlənib.

Elvin Cəfərquliyev 62-ci dəqiqədə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.

Oyunun 67-ci dəqiqəsində Olavio Juninyo növbəti dəfə meydan sahiblərini məyus edib.

72-ci dəqiqədə fərq azaldıb. Meydan sahiblərində Ceremi Frimponq fərqlənib.

90+3-cü dəqiqədə meydan sahiblərində Patrik Şik fərqlənib. 97-cı dəqiqədə isə  “Bayer 04” 3-cü topu vurub.

Beləliklə, “Bayer 04” çətinliklə “Qarabağ”-ı 3:2 məğlub edib və “Qarabağ” Avropa Liqasında mübarizəni dayandırıb.

Qeyd edək ki, ilk matçda heç-heçə qeydə alınıb – 2:2.

***

saat 01.19

Almaniyada “Bayer 04” və “Qarabağ” komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyunu başlayıb.

Heftelik.az-ın  məlumatına görə, Leverkuzen şəhərindəki “BayArena”dakı qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da start götürüb.

Görüşü ingiltərəli FIFA referisi Entoni Teylor idarə edir.

Oyunun 58-ci dəqiqəsində Azərbaycan çempionu meydan sahiblərini məyus edib. Abdullah Zubir fərqlənib.

Elvin Cəfərquliyev 62-ci dəqiqədə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.

Oyunun 67-ci dəqiqəsində Olavio Juninyo növbəti dəfə meydan sahiblərini məyus edib.

Hazırda Azərbaycan çempionu 2:0 hesabı ilə öndədir.