Lociyanın divarlarından biri binanın eninə divarının davamı olmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “İşlənmiş ərazilərdə karkassız binaların hesablanma və layihələndirilmə xüsusiyyətləri”ndə əksini tapıb.

Balkon və erkerlər mərtəbəarası örtüyün konsol çıxıntısı üzərində qurulmalıdır. Düzəldilməsi nəzərə alınmaqla layihələndirilən binalarda lociyaların mərtəbəarası örtük üzərində oturdulması nəzərdə tutulmalıdır.

Eyni zamanda  işlənmiş ərazilərdə mühəndis qurğularının və boru kəmərlərinin  hesablanma və layihələndirilmə xüsusiyyətləri də müəyyənləşib.