Risklərin idarə edilməsi funksiyalarını həyata keçirən struktur bölmələri icra orqanının rəyini nəzərə almaqla risklərin idarə edilməsi siyasətini hazırlayır və Müşahidə Şurasına təqdim edir.
Heftelik.az-ın məlumatına görə, bu, “İnvestisiya şirkətlərində korporativ idarəetmə Standartları”nda əksini tapıb.
Bu bölmələr eyni zamanda aylıq əsasda risk limitlərinin monitorinq nəticələri, habelə investisiya şirkətinin risk profili ilə bağlı icra orqanına hesabat verir. Risk iştahası göstəriciləri üzrə kənarlaşmalar baş verdikdə səbəbləri göstərilməklə bu barədə Müşahidə Şurasını dərhal məlumatlandırır. Pozuntu halında riskin azaldılması və ya risk limitlərinin bazar şəraitinə uyğunlaşdırılması üzrə tədbirlər planını ən geci növbəti ayın monitorinq nəticələri ilə birlikdə Müşahidə Şurasına təqdim edir.