Türkiyənin Çanaqqala bölgəsində qanunsuz miqrantları daşıyan qayıq batıb.

Heftelik.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, qayıq Çanaqqalanın Eceabat rayonu sahillərində batıb.

Qayığın batması nəticəsində 20 nəfər ölüb.

Bölgəyə cəlb edilən sahil təhlükəsizlik qrupları 4 nəfəri xilas edib.

Çanaqqala valisi İlhami Aktaş da məsələ ilə bağlı açıqlama verərək, Eceabat rayonu sahillərində axtarış-xilasetmə işlərinə başlandığını bildirib.