Bu gün UEFA Konfrans Liqasında 1/4 final, yarımfinal və finalın püşkü atılıb.

Heftelik.az-ın məlumatına görə,  püşkatma mərasimi İsveçrənin Nyon şəhərində baş tutub.

1/4 final

“Brügge” – PAOK

“Olimpiakos” – “Fənərbaxça”

“Aston Villa” – “Lill”

“Viktoriya Plzen” – “Fiorentina”

Qeyd edək ki, 1/4 final mərhələsinin oyunları aprelin 11-i və 18-də, yarımfinalın matçları isə mayın 2-də və 9-da keçiriləcək. Final görüşü mayın 29-da Afinadakı “Ayasofiya” stadionunda baş tutacaq.