Moskva vilayətinin Krasnoqorsk şəhərindəki “Crocus City Hall”  konsert zalında terror aktı nəticəsində 40 nəfər ölüb, 100-dən çox yaralı var.

Heftelik.az-ın xəbərinə görə, bu barədə REN TV Rusiya Federal Təhlükəsizlik Xidmətinə istinadən məlumat yayıb.

“Crocus City Hall”  konsert zalında insanlara hansı silahlardan atəş açıldığı  da məlum olub. Bu barədə “Shot” Telegram kanalı məlumat yayıb.

Konser zalındakı insanlar 3 maskalı şəxs tərəfindən  müxtəlif kalibrli ov silahlarından atəşə tutulub. Həmin silahlar arasında 12 mm-lik “Vepr” və 410 mm-lik “Sayqa” karabinləri də var.

Qeyd edək ki, “Crocus City Hall”  Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən konsert zalıdır. “Crocus Group”-un təsisçisi Araz Ağalarov “Crocus City Hall” konsert zalının inşasına 70 milyon dollar sərmayə yatırıb. Zal 2009-cu il oktyabrın 25-də açılıb və Müslüm Maqomayevin xatirəsinə adlandırılıb.