Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.

Heftelik.az-ən məlumatına görə, hadisə rayonun Düyərli kəndində qeydə alınıb.

Düyərli kənd sakinləri, 1972-ci il təvəllüdlü İlham Hüseynov, həyat yoldaşı 1976-cı il təvəllüdlü Şərafət Hüseynova və qızları – 1995-ci il təvəllüdlü Nübar Qənbərli bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.

İlham Hüseynovun vəziyyətinin ağır olduğu bildirilir.

Ata, ana və qızlarını bıçaqlayan ailənin keçmiş kürəkəni olan 1991-ci il təvəllüdlü Sahib Heydərov olub. Hadisə şəxsi müasibətlər zəminində baş verib.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov Şəmkirdə bir ailnən üç üzvinü bıçaqlayan Sahib Heydərovun tutulduğunu bildirib.

Fakla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.