Moskvada yerləşən “Crocus City Hall” konsert salonuna hücumun təfərrüatları məlum olub.
Heftelik.az-ın məlumatına görə, bu barədə “Baza” “Telegram” kanalına olay zamanı“Crocus City Hall” mərkəzi hissəsində növbədə olan mühafizəçi danışıb.
Mühafizəçi bildirib ki, silahlı hücum zamanı binanın birinci mərtəbəsində olub. Silahı şəxslər hələ küçədə olan zaman atəş açma]a başlayıblar. Mühafizəçi və onunla birgə mühafizədə çalışan digər həmkarı ağacdan hazırlanmış reklam lövhəsinin arxasında gizləniblər. Silahlı şəxslər onların 10 metr uzaqlığından keçiblər. Mühafizəçi deyib Ki, silahlılar kortəbii şəkildə birinci mərtəbədə insanlar atəş açıb, daha sonra konset salonu və okeanariuma doğru gediblər. Atəş səngiyən zaman mühafizəçi həmkarı ilə birgə binadan çıxmağı bacarıb.
Bu arada “Telegram” kanalları şahidlərə istinadən konsert zalına hücum edənlərin 5 nəfər olduğu və üzərlərində də zirehli gödəkcələr olduğu barədə məlumat yayıblar. Binada partlayış və yanğın da olub.
Rusiya Federal Təhlükəsizlik xidməti terror aktı nəticəsində 40 nəfərin öldüyünü, 100-dən çox insanın yaralandığını açıqlayıb.
Qeyd edək ki, “Crocus City Hall” Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən konsert zalıdır. “Crocus Group”-un təsisçisi Araz Ağalarov “Crocus City Hall” konsert zalının inşasına 70 milyon dollar sərmayə yatırıb. Zal 2009-cu il oktyabrın 25-də açılıb və Müslüm Maqomayevin xatirəsinə adlandırılıb.