“Crocus” konsert kompleksində törədilən terror aktı nəticəsində 60-dan çox insan həlak olub.

Heftelik.az-ın xəbərinı görə,  bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

Bildirilib ki, terror aktı qurbanlarının sayı hələ də arta bilər.

Bundan əvvəl Rusiya Federal Təhlükəsizlik Xidməti  terror aktı nəticəsində 40 nəfərin öldüyünü, 100-dən çox insanın yaralandığını açıqlamışdı.

Qeyd edək ki, “Crocus City Hall”  Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən konsert zalıdır. “Crocus Group”-un təsisçisi Araz Ağalarov “Crocus City Hall” konsert zalının inşasına 70 milyon dollar sərmayə yatırıb. Zal 2009-cu il oktyabrın 25-də açılıb və Müslüm Maqomayevin xatirəsinə adlandırılıb.