Martın 22-də axşam Moskvada yerləşən “Crocus City Hall” konsert salonuna hücum edən silahlılar hələ saxlanılmayıb.
Heftelik.az-ın “Kommersant”-a istinadən verdiyi məlumata görə, terrorçular terrorçular boyu 180 sm-ə qədər olan gənc slavyanlardır, saxta saqqal və bığlardan da istifadə ediblər.
Hücum edənlər hərbi geyim, o cümlədən hündür çəkmələr geyiniblər.
Shot Telegram kanalı terroçuların görüntülərini də yayıb. Müşahidə kamerasından əldə edilmiş görüntülərdə iki terroçu daha sonra avtomobilə əyləşirlər. Terroçuların olduğu iki avtomobil axtarışa verilib.
Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko konsert salonuna hücum edən terrorçuların tapılıb-tapılmaması ilə bağlı suala cavabında deyib ki, bu barədə danışmaq hələ tezdir.
Xatırladaq ki, Rusiya İstintaq Komitəsinin son məlumatına görə, “Crocus” konsert kompleksində törədilən terror aktı nəticəsində 60-dan çox insan həlak olub. Qeyd edilib ki, terror aktı qurbanlarının sayı arta bilər.
Terror qurbanları və yaralılar arasında azərbaycanlıların olub-olmadığı isə hələ müəyyənləşməyib. Məsələn, 115 yaralı arasında Sevinc Rüstəmova soyadlı xanım var. Ancaq onun Azərbaycan əcilli olub-olmadığı hələ məlum deyil. Həmin gün Xalq artisti Röya Ayxanın “Crocus City Hall”-da konsertinin nəzərdə tutulduğu məlum olmuşdu. Terrorçuların hücumu konsert başlamamışdan 2 dəqiqə öncə olub və Moskvadakı azərbaycanlıların da konsertə bilet aldıqları məlumdur. Röya “İnstagram”-da görüntülü paylaşımında terrorçuların ikinci zala hücum etdiyini, sağ olduqlarının bildirmişdi.
Qeyd edək ki, “Crocus City Hall” Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən konsert zalıdır. “Crocus Group”-un təsisçisi Araz Ağalarov “Crocus City Hall” konsert zalının inşasına 70 milyon dollar sərmayə yatırıb. Zal 2009-cu il oktyabrın 25-də açılıb və Müslüm Maqomayevin xatirəsinə adlandırılıb.