“Crocus City Hall”da baş verən terror aktı zamanı ölənlər arasında bir azərbaycanlının olmasına dair məlumat yayılıb.

Heftelik.az-ın məlumatına görə, Moskva vilayəti Səhiyyə Nazirliyi terror aktında həlak olanların ilkin siyahısını açıqlayıb.

37 nəfərin olduğu siyahıda Vüqar Hüseynov adlı bir azərbaycanlı da yer alıb.

“Crocus City Hall”da baş verən terror aktı zamanı ölənlər arasında bir azərbaycanlının olmasına dair məlumat yayılıb.

Onun 20.07.1983 təvəllüdlü olduğu qeyd olunub.

Eyni zamanda 115 yaralı arasında Sevinc Rüstəmova soyadlı xanım var. Ancaq onun Azərbaycan əcilli olub-olmadığı hələ məlum deyil. Həmin gün Xalq artisti Röya Ayxanın “Crocus City Hall”-da konsertinin nəzərdə tutulduğu məlum olmuşdu. Terrorçuların hücumu konsert başlamamışdan 2 dəqiqə öncə olub və Moskvadakı azərbaycanlıların da konsertə bilet aldıqları məlumdur. Röya “İnstagram”-da görüntülü paylaşımında terrorçuların ikinci zala hücum etdiyini,  sağ olduqlarının bildirmişdi.

Qeyd edək ki, “Crocus City Hall”  Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən konsert zalıdır. “Crocus Group”-un təsisçisi Araz Ağalarov “Crocus City Hall” konsert zalının inşasına 70 milyon dollar sərmayə yatırıb. Zal 2009-cu il oktyabrın 25-də açılıb və Müslüm Maqomayevin xatirəsinə adlandırılıb.