Maddi ziyana aydınlıq gətirilib.
Vəkil Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.
Maddi ziyan o halda cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulmuş hesab olunur ki, o, aşağıdakı xərclər şəklində özünü göstərir:
– zərər çəkmiş şəxsin müalicəsinə və ona qulluq göstərilməsinə;
– zərər çəkmiş şəxsin dəfninə;
– sığorta ödəməsinə, müavinət və pensiya verilməsinə;
– əmlakın mühafizəsinə dair müqavilənin icrasına çəkilən xərclər.