Yaşayış, xidməti və ya istehsalat yerində müvafiq olaraq yaşayan, işləyən və ya həmin yerin sahibi olan şəxsin dəvəti, yaxud onun icazəsi ilə müstəntiq tərəfindən yaşayış yerinə, xidməti və ya istehsalat binalarına baxış, axtarış, götürmə və digər istintaq hərəkətlərinin aparılması üçün məhkəmə qərarının alınması tələb edilmir.

Vəkil Araz Nurməmmədov bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.