Cinsi istismarın və ya cinsi zorakılığın qurbanı olan uşaqlara pulsuz hüquqi yardımın ödənilməsi, məhkəmə tərəfindən məhkumun üzərinə qoyulduğu hallar istisna olmaqla, Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilir.

Vəkil Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.

Vəkilin xüsusi ittihamçının nümayəndəsi və ya ölmüş zərər çəkmiş şəxsin hüquqi varisi qismində, yaxud cinsi istismarın və ya cinsi zorakılığın qurbanı olan uşaqlara dövlət hesabına göstərdiyi hüquqi yardım ödənilir.