Səlahiyyətli orqan dövlət-özəl tərəfdaşlığı layihələrinin siyahısında olan layihələrə dair niyyət bildirişlərini mütəmadi olaraq təhlil edir və təhlilin nəticəsinə uyğun olaraq layihələrin icra növbəliliyini dəyişə bilər.

Heftelik.az-ın xəbərinə görə, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Dövlət-özəl tərəfdaşlığı Qaydaları”nda əksini tapıb.

Səlahiyyətli orqan dövlət-özəl tərəfdaşlığı layihələrinin siyahısında olan layihələrin icrası növbəliliyini öz rəsmi internet səhifəsində dərc edir.