Eldar Əfəndiyev vəfat etdi

28 Mart 2024, 11:02

Baş Prokurorluğun İctimaiyyətlə əlaqələr şöbəsinin keçmiş rəisi, Əməkdar hüquqşünas Eldar Əfəndiyev vəfat edib.

Heftelik.az-ın məlumatına görə, Eldar Əfəndiyevin xəstəlikdən dünyasını dəyişdiyi bildirilib.

Qeyd edək ki, E.Əfəndiyev 2010-cu ildə Baş Prokurorluğun İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsindən azad edilib.

Bundan sonra fəaliyyətini Baş Prokurorluğun Elm-Tədris Mərkəzində kafedra rəisi kimi davam etdirib.