Azərbaycan Premyer Liqasında XXVIII turun oyunları davam edir.

Heftelik.az-ın məlumatına görə, Ağdam təmsilçisi dördüncü – sonuncu dövrənin ilk turunda “Kəpəz”i darmadağın edib.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matçda Julio Romao (21-ci dəqiqə), Olavio Juninyo (52, 56), Abbas Hüseynov (64), Elvin Cəfərquliyev (69) və Redon Cicanın (88) vurduğu qollar sayəsində 6:1 hesablı qələbə qazanan “köhlən atlar” 2023/2024 mövsümünün sonuna 8 tur qalmış xallarının sayını 69-a yüksəldərək rəqibləri üçün əlçatmaz olub.

“Kəpəz”in təsəlli qolunun müəllifi 90-cı dəqiqədə Latir Fal olub.

Bu həm də Qurban Qurbanovun “Qarabağ”da baş məşqçi kimi 10-cu çempionluğudur.