Salyan rayonunda mikroavtobusların toqquşması nəticəsində 15 nəfər xəsarət alıb.

Heftelik.az-ın Report-a istinadən verdiyi məlumata görə, qəza nəticəsində Salyan rayon sakinləri, 1987-ci il təvəllüdlü Qafarov Elnur Xaləddin oğlu, 1981-ci il təvəllüdlü Səmədov Samid Xəlil oğlu, 1983-cü il təvəllüdlü Eldarov Davud Əliheydər oğlu, 1983-cü il təvəllüdlü Həsənov Cəmil Əlipənah oğlu, 1977-ci il təvəllüdlü Gözəlov Adıgözəl Ataxan oğlu, 1966-cı il təvəllüdlü İbrahimov Cavad Cahangir oğlu, 1977-ci il təvəllüdlü Həsənov Şəfayət Əlipənah oğlu, 1996-cı il təvəllüdlü Rəhmanov İbrahim Telman oğlu, 1999-cu il təvəllüdlü Əliyev Cənnətalı Ülfət oğlu, 1983-cü il təvəllüdlü Əliyev Zamiq Əlixan oğlu, 2003-cü il təvəllüdlü İsmayılov İsmayıl Nəriman oğlu, 1992-ci il təvəllüdlü Cəbiyev İntiqam Musa oğlu və daha üç nəfər müxtəlif dərəcəli xəsarətlər alıblar.

Onlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

***

saat 23.50

Ələt-Astara avtomobil yolunda mikroavtobuslar toqquşub.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumta görə, hadisə Ələt-Astara avtomobil yolunun 56-cı kilometrliyində Salyan rayonu ərazisində baş verib.

Nəticədə 10 nəfər xəsarət alaraq Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Mikroavtobuslardan birində şirkətlərdən birinə məxsus işçilər olub.

Faktla bağlı araşdırma aparılır.