Türkiyədə bu gün keçirilən bələdiyyə seçkilərində seçki qutularının 55,46 faizi açılıb.

Heftelik.az-ın məlumatına görə, ilkin nəticələrə əsasən, Cümhuriyyət Xalq Partiyası (CHP) 37,65  faiz səslə irəlidədir.

Hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) 36,7% səslə ikinci yerdə qərarlaşıb. DEM Partiyası 5,91% ilə üçüncü, Yenidən Refah Partiyası 5,44 faiz səslə dördüncü, Milliyətçi Hərəkat Partiyası (MHP) 3,9 faiz səslə beşinci, İYİ Partiya 3,37 faiz səslə altıncı  yerdədir.

Beləliklə, son 30 ildə ilk dəfə AK Partiya bələdiyyə seçkilərində qalib ola bilməyib, CHP bələdiyyə seçkilərinin qalibi olub.

İlkin nəticələr İstanbul, Ankara, İzmir kimi böyük şəhərlərdə də CHP-nin namizədləri qalib gəlib. Xüsusən Əkrəm İmamoğlunun yenidən 50 faizdən çox səs toplaması ona Türkiyə siyasətində yeni lider kimi status qazandırıb. Bu, eyni zamanda Türkiyə Prezidenti və AK Partiya sədri Rəcəb Tayyib Ərdoğan üçün ciddi mesaj sayılır, növbəti prezident seçkilərində əsas rəqibinin məhz Əkrəm İmamoğlu olacağını göstərir.