Türkiyədə bu gün keçirilən Bələdiyyə seçkiləri çərçivəsində Böyük Şəhər bələdiyyələri üzrə seçki qutularının 55,21%-i açılıb.
Heftelik.az-ın məlumatına görə, İstanbulda Cumhuriyyət Xalq Partiyası (CHP) namizədi Ekrem İmamoğlu 50,33% səslə ilk sıradadır.
Hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) namizədi Murat Kurum isə açılan seçki qutularına əsasən hələlik seçicilərin 40,94%-nin səsini qazana bilib.
Ankarada da Cumhuriyyət Xalq Partiyası (CHP) namizədi Mansur Yavaş 58,58% səslə rəqibini qabaqlayır.
Hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) namizədi Turqut Altınok isə səslərin 33,52% toplaya bilib.
CHP İzmir şəhərində də ilk sıradadır – Cemil Tuqay 48,12% səslə birinci, onun rəqibi Ədalət və İnkişaf Partiyasından Hamza Dağ isə 37, 08% ilə ikinci sıradadır.
Konyada isə AK Parti 49,48% səslə liderdir. Burada Yeni Rəfah Partiyası 22,27% səs toplaya bilib.
Qaziantepdə AK Parti 37,36%, CHP isə 29,64% nəticə əldə edib.
Kocaelidə AK Parti 45,35%, CHP isə 29,77% faiz səs toplamağı bacarıb.