Astarada ağır yol qəzası olub.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə,  hadisə köhnə Ələt-Astara magistralında qeydə alınıb.

Hərəkətdə olan BMW markalı minik avtomobili iri tonnajlı DAF markalı yük avtomobili ilə toqquşub.

Rayonun Şiyəkəran kənd sakini, 31 yaşlı Əliyev Elman Mirzəmməd oğlunun idarə etdiyi “99-SZ-632” dövlət qeydiyyat nömrə nişanlı BMW markalı avtomobil idarəetməni itirərək yol kənarında hərəkətsiz dayanan Rusiya vətəndaşı, 56 yaşlı Maqammədəmin Abdullaşə məxsus DAF markalı iri tonnajlı yük maşınına çırpılıb.

Zərbənin təsirindən avtomobil alışaraq yanıb. Qəza nəticəsində sürücü və onun həyat yoldaşı, 22 yaşlı Əliyeva Fərqanə İlham qızı, onların 3 yaşlı uşaqı – Əliyeva Gülxanım Elman qızı avtomobildə yanaraq ölüblər.

Dərhal hadisə yerinə FHN-in Astara Rayon Yanğından Mühafizə Xidmətinin iki yanğınsöndürən avtomobili, canlı qüvvəsi və xilasetmə qurupunun iki briqadası cəlb olunub.

Meyitlər nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.