Dövlət-özəl tərəfdaşlığı layihəsi birbaşa danışıqlar əsasında həyata keçirildiyi halda işçi qrup tərəfindən müqavilənin layihəsi və ya əsas şərtləri təsdiq edilir.
Heftelik.az-ın xəbərinə görə, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Dövlət-özəl tərəfdaşlığı Qaydaları”nda əksini tapıb.
Dövlət-özəl tərəfdaşlığı müqaviləsinin layihəsi və ya əsas şərtləri səlahiyyətli orqan tərəfindən iddiaçıya təqdim edilir.