Rusiyalı aktrisa İlana Dıldina İslam dinini qəbul edib.

Heftelik.az-ın məlumatına görə, bu barədə akttirsa “İnstagram” hesabında paylaşım edib.

Belə ki, Dubayda səfərdə olan aktrisa məscid önündə qapalı geyimdə şəklini paylaşaq İslam dinini qəbul etdiyini bildirib.

Qeyd edək ki, aktrisa bir neçə gün əvvəl Dubaydan çimərlik geyimində foto paylaşıb.

Xatırladaq ki, komediya aktrisası İlana Dıldina “Uralskie pelmeni” yaradıcı birliyinin üzvüdür.