İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində (DVX) yeni təyinat olub.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə,  Ələkbər Məmmədov Qarabağ ərazi vergilər baş idarəsinə rəis təyin edilib.

Qeyd edək ki, Ələkbər Məmmədov bu günə qədər Vergi ödəyicilərinin qeydiyyatı və uçotu baş idarəsinin rəisi vəzifəsində çalışıb.

Məlumat üçün deyək ki, Ə. Məmmədov Azərbaycan Sahibkarlar Konfederasiyasının keçmiş prezidentidir. O, vergilər nazirinin müşaviri olub.