Təsdiq edilmiş dövlət-özəl tərəfdaşlığı layihələrinin siyahısında göstərilən bütün layihələrin icrasına başlanarsa, səlahiyyətli orqan dövlət- özəl tərəfdaşlığı layihələrinin yeni siyahısını təqdim etməlidir.
Heftelik.az-ın xəbərinə görə, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Dövlət-özəl tərəfdaşlığı Qaydaları”nda əksini tapıb.
Təsdiq edilmiş dövlət-özəl tərəfdaşlığı layihələrinin siyahısında göstərilən layihələr aşağıdakı əsaslarla siyahıdan çıxarılır:
– dövlət-özəl tərəfdaşlığı layihələrinə dair məlumat səla- hiyyətli orqan tərəfindən açıqlandıqdan sonra dövlət-özəl tərəfdaşlığı layihəsində özəl tərəfdaş qismində iştirak etmək niyyəti bu Qaydalarda nəzərdə tutulmuş müddət ərzində bildirilmədikdə;
– dövlət-özəl tərəfdaşlığına dair müsabiqə baş tutmadıqda və ya birbaşa danışıqlar nəticəsiz başa çatdıqda.